3 ölkə DÇ-2026-ya bir yerdə ev sahibliyi etməyə namizəddi

2026-cı ildə yeni formatda keçiriləcək dünya çempionatı ilə bağlı müzakirələr davam edir. Sportinfo.az-ın məlumatına görə, təşkilatçıları indi də mundiala neçə komandanın ev sahibliyi etməsi düşündürür. DÇ-2026-da iştirakçı sayının 32-dən 48-ə yüksəlməsi mundialın bir ölkədə keçirilməsi ehtimalını azaldır. Yeni formatda baş tutacaq ilk dünya çempionatını qəbul etməyə namizəd ölkələr də bəllidi. Belə ki, yarışın 3 ölkədə - ABŞ, Kanada və Meksikada oynanılması ehtimalı ortaya atılıb.
 
Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsinin (KONKAKAF) prezidenti Viktor Montaqlianinin açıqlaması da bu ehtimalı gücləndirir. O, ABŞ, Kanada və Meksikanın DÇ-2026-ya birlikdə ev sahibliyi edəcəyini istisna etməyib: “Qaydalar da buna icazə verir. 48 komandalı dünya çempionatına ev sahibliyi etmək üçün infrastruktur daha güclü olmalıdı. Bu 3 ölkənin birlikdə mundialı təşkil etməsi asan olacaq”.

Tarix: 11 Yanvar 15:48    Oxunub: 138    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Avqust 2017
19 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.