Hamza Azərbaycan millisini seçən Dənizin "belini qırdı"

“Maraqlandığımız futbolçularla danışıqları davam etdiririk. İlk növbədə, Stankunu komandamda görmək istəyirəm” - Sportinfo.az xəbər verir ki, bu sözləri “Bursaspor”un baş məşqçisi Hamza Hamzaoğlu deyib. Yerli radiolardan birinə açıqlama verən çalışdırıcı maraqlı fikirlər səsləndirib.

 

Hamzaoğlu “Gənclərbirliyi”nin rumıniyalı futbolçusu Boqdan Stankunu nəyin bahasına olursa-olsun, transfer etmək istədiklərini və onu Azərbaycan yığmasının da formasını geyinən Dəniz Yılmazın yerində oynatmağı düşündüyünü bildirib: “Stanku məsələsi ilə bağlı klublar arasında danışıqlar davam edir. Boqdanı ixtiyarında görmək istəyirəm. Onu Dəniz Yılmazın mövqeyində oynatmağı düşünürəm. Çünki Dəniz o mövqedə yalnız qalır”.
 
Hamzaoğlu “Bursaspor”un ilk dövrədəki çıxışını da dəyərləndirib: “İlk dövrəni istədiyimiz yerdə bitirdik. Ciddi zədə alan futbolçularımız oldu. Buna baxmayaraq, iddiamızdan dönmədik. “Bursaspor”un çempionluğundan sonra bu klubdan həmişə yaxşı çıxış gözlənilir”.

Tarix: 11 Yanvar 15:36    Oxunub: 230    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Aprel 2017
25 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.