Azərbaycan prezidenti Formula-1 qalibinə kuboku təqdim etdi - FOTO

Formula-1 Azərbaycan Qran-Prisinin çempionu, “Red Bull Racing” komandasının pilotu Daniel Rikkiardoya kuboku Azərbaycan prezidenti İlham Əliyev təqdim edib. APA-nın məlumatına görə, konstruktorlar kubokunu “Red Bull Racing” komandasının nümayəndəsinə birinci xanım Mehriban Əliyeva təqdim edib.

 

İkinci yerin sahibi “Mercedes”in pilotu Valtteri Bottasa kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Williams”ın sürücüsü Lans Strolla isə mükafatı Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim ediblər.

 

Tarix: 25 İyun 21:02    Oxunub: 353    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.