Roman Qriqorçukun sevimli hücumçusu "Anji"nin düşərgəsində

“Qəbələ”nin sabiq futbolçusu Aleksey Antonovun klubsuz günləri başa çatmaq üzrədi. Sportinfo.az xəbər verir ki, hücumçu “Anji”nin düşərgəsindədi. Ötən yay “Qəbələ”dən ayrıldıqdan bəri klubsuz olan 30 yaşlı oyunçu həmin vaxtdan bəri fiziki formasını itirməmək üçün “Dnepr”də məşq etməklə kifayətlənirdi.

 

“Anji”yə yenicə qoşulan Ukrayna millisinin sabiq üzvü Mahaçqala təmsilçisində baxışdan keçəcək. Rusiya təmsilçisi Antonovla yanaşı, Əfqanıstan millisinin və Nalçik “Spartak”ının yarımmüdafiəçisi Şarif Muhammadı da yoxlayır. Aleksey Antonov “Qəbələ”dən əvvəl “Dnepr”, “Metallist”, “Zarya”, “Çernomorets”, “Aktobe” və “Kuban” kimi klublarda çıxış edib.

Tarix: 11 Yanvar 15:12    Oxunub: 211    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.