"İstəyirəm 3 gün əvvəl dünyasını dəyişən atam mənimlə fəxr etsin"

Bakıda keçirilən Formula 2 yarışının VII mərhələsinin qalibi Şarl Lekler qələbəsini üç gün əvvəl vəfat edən atasına həsr edib. Sportinfo.az xəbər verir ki, “Prema Racing” komandasının 20 yaşlı monakolu pilotu bu barədə autosport.com saytına açıqlamasında deyib.


Ş.Lekler yarışa köklənməkdə çətinlik çəkdiyini söyləyib. O, srağagün gecə yata bilmədyini, atası barəsində düşündüyünü ifadə edib: “Həmçinin yarışa köklənə bilmədiyim üçün özümü pis hiss edirdim. Mənə elə gəlir ki, Bakıdakı qələbəmdə atamın köməyi oldu.

 

Əminəm ki, o, qələbəmə görə sevinəcək. Azərbaycana həftəsonu gəlmişəm. Bakıdakı yarışa tam köklənə bilməmişdim. Qalib gəlməyimə şadam. Sabah da uğurlu çıxış edəcəyimə ümid bəsləyirəm. İstəyirəm atam mənimlə fəxr etsin və ona minnətdarlığımı çatdıra bilim. Formula 2-də olduğuma görə atama borcluyam”.


Şarl Lekler 29 dövrəli yarışda 1:54.025 göstərici ilə bütün rəqiblərini qabaqlayıb. Nik De Vries (Niderland, Rapax) ikinci, Nikolas Latifi (Kanada, DAMS) isə üçüncü sırada finiş xəttini keçib. Formula 2 yarışının 21 dövrədən ibarət olacaq VIII mərhələsi iyunun 25-də keçiriləcək və saat 14:00-da başlayacaq.

Tarix: 25 İyun 11:44    Oxunub: 230    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.