ÖZƏL! Azərbaycanlı futbolçunun AEL-lə anlaşmasının maddi xırdalıqları - YALNIZ BİZDƏ!

“Sumqayıt”dan ayrılaraq yenidən legioner həyatı yaşamaq qərarına gələn Amit Quluzadə bu gün AEL-lə münasibətləri rəsmiləşdirib. 24 yaşlı yarımmüdafiəçi bu barədə şəxsi «feysbuk» səhifəsində məlumat yayıb. Amit transferin baş tutmasına görə “Sumqayıt”ın prezidenti Kamran Quliyevə, meneceri Ceyhun Sultanova və baş məşqçisi Samir Abasova təşəkkürünü bildirib.

 

Bir neçə gündü Larissada olan Amit bu gün klubun ofisinə yollanaraq, müqaviləyə qol çəkib.  Gənclər millisinin də formasını geyinmiş Quluzadə Yunanıstan Super Liqasının təmsilçisi ilə 2,5 illik sazişə qol çəkib. O, karyerası ərzində “Erciyesspor” (Türkiyə) və “Atletiko”da (Portuqaliya) da legioner həyatı yaşayıb.


Sportinfo.az bu keçidlə bağlı maraqlı informasiyalar əldə edib. Redaksiyamıza verilən məlumata görə, yunanlar baxışdan uğurla keçən həmyerlimizə əvvəlcə 3,5 illik kontrakt təklif eləyib, səbəbkar isə müddətin 1 il olmasını istəyib. Tərəflər sonda razılaşıblar ki, nə şiş yansın, nə də kabab - 2,5 illik anlaşmanın üzərində dayanıblar.


Quluzadə ilk 6 ayda AEL-dən 3000 avro maaş alacaq. Super Liqa təmsilçisi transfer bazarına çıxartdığı bəzi aparıcı futbolçularını sata bilmədiyi üçün büdcəsinə qənaət etmək məcburiyyətində qalıb. Gələn mövsümdən isə onun əməkhaqqısı 6000 avro olacaq. Anlaşmanın qüvvədə qaldığı sonuncu ildə isə məvacibi 7000 avro təşkil edəcək. Mükafat və əlavə bonuslar da öz yerində. Larissa şəhərinin təmsilçisi titul qazanar, yaxud avrokuboklara vəsiqə əldə edərsə, Quluzadənin alacaqları artacaq.

 

Tarix: 11 Yanvar 17:00    Oxunub: 797    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.