“Mançester Yunayted” 22 milyona razılıq verdi

“Mançester Yunayted” yarımmüdafiəçisi Morqan Şnayderlinin transferiylə bağlı “Everton”la razılığa gəlib. Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Mankunianlar 27 yaşlı futbolçunun keçidindən 22 milyon funt-sterlinq qazanacaq.

 

Fransız futbolçu “Mançester Yunayted”ə 2015-ci ildə, “Sautqempton”dan 25 milyon funt-sterlinq qarşılığında transfer edilmişdi. Joze Mourinyonun “qırmızı şeytanlar”ın “sükanı arxasına” keçməsindən sonra az şans qazanan Şnayderlin, cari mövsümdə 3-ü Premyer Liqada olmaqla, cəmi 8 oyunda meydana çıxıb.

Tarix: 11 Yanvar 16:36    Oxunub: 173    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

29 Mart 2017
28 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.