Mənsimova 30 tanker lazımdı, bəs “Xəzər Lənkəran“?

Mübariz Mənsimova məxsus “Palmali” Şirkətlər Qrupuna daxil olan “Palmali Dənizçilik” 5 il istifadə olunmuş tankerlər alıb. Sportinfo.az denizhaber.com.tr-yə istinadən xəbər verir ki, “Xəzər Lənkəran“ın sahibi Avropada yerləşən banklardan 35 ədəd tanker satın alıb.

 

“Palmali” Şirkətlər Qrupunun rəhbəri M.Mənsimov bu məlumatı təsdiqləsə də, tankerlərin qiymətini açıqlamayıb. Onun sözlərinə görə, gəmilərin qiyməti məsələsində məxfilik barədə razılaşma əldə edilib.

 

Məlumata görə, sözügedən tankerlərdən 2-si bu ayın sonuna qədər, 10-u fevral, yerdə qalanları isə may ayında “Palmali”nin donanmasına qatılacaq. Bəs bu, “Xəzər Lənkəran“ın yenidən fəaliyyətini bərpa etməsinə vəsilədimi? Mənsimovun növbəti addımını gözləyək. Ola da bilər, olmaya da.

 

Tarix: 11 Yanvar 16:12    Oxunub: 632    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Avqust 2017
20 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.