Dünyanın ən yaxşısının yeni model sevgilisi - FOTO

Kriştianu Ronaldonun yeni sevgilisinin kimliyi bəlli olub. Sportinfo.az xəbər verir ki, FİFA-nın 2016-cı ilin ən yaxşılarını mükafatlandırdığı mərasimə qatılan portuqaliyalı ulduz tədbirə yeni xanımla qatılıb.

Sürixdəki mərasimə Corcina Rodrigesin müşayiəti ilə təşrif buyurub. Modelin hələ 2016-cı ilin noyabrından Ronaldo ilə görüşdüyü bildirilsə də, onlar ilk dəfə ictimaiyyət önündə birgə görünüblər.

Fransanın Paris şəhərindəki Disneylendə də Kriştianu ilə birlikdə yollanan ispaniyalı model futbolçu ilə Madriddə tanış olub. Əvvəllər İspaniya paytaxtındakı “Madrid Gucci” mağazasının əməkdaşı olan 21 yaşlı Corcina “Real”ın qol silahı ilə ilk dəfə “Dolce & Gabbana”nın tədbirində görüşüb.
 
Əslən İspaniyanın qış kurort şəhəri olan Hakadan olan Rodriges öncə rəqslərə də meyl salıb. İngilis dilini daha mükəmməl öyrənmək üçün Londona da səfər edən Corcina geri dönəndən sonra model kimi fəaliyyətə başlayıb.

Tarix: 11 Yanvar 15:00    Oxunub: 261    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2017
18 Fevral 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.