"Bakı"lı Jaba "həvəskar" oldu

Bakının sabiq futbolçusu Jabanın (Silvinyo Joao de Karvalyu) yeni klubu məlum olub. Sportinfo.az xəbər verir ki, 36 yaşlı braziliyalı Türkiyənin Həvəskarlar Liqasında çıxış edəcək.

 

O, "Gebzespor"la rəsmi müqavilə bağlayıb. Mövsümün ilk hissəsini "Kurtuluşspor"da keçirən "sambaçı" 13 oyunda 11 qol vurub, 7 məhsuldar ötürmə edib. Cənubi amerikalı "Bakı"da 2 dönəm forma geyinib.

 

2009-2012-ci illərdə Azərbaycana gələn Jaba 60 qarşılaşmada 17 dəfə fərqlənib. "Bakı"ya bir də 2014-cü ildə təşrif buyurub və 20 oyunda meydana çıxıb.

Tarix: 11 Yanvar 14:24    Oxunub: 246    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.