Arif Əsədov, Vidadi Rzayev və Nazim Süleymanov Gürcüstanda

Veteran futbolçulardan ibarət Azərbaycan milli komandası yanvarın 15-də Gürcüstanın paytaxtı Tbilisidə 1 il əvvəl faciəvi şəkildə dünyasını dəyişmiş gürcü futbolçu və UEFA-nın meneceri David Petriaşvilinin xatirəsinə həsr olunmuş beynəlxalq mini-futbol turnirində iştirak edəcək.


Sportinfo.az xəbər verir ki, Gürcüstan, Azərbaycan, İspaniya, Türkiyə, Ukrayna və UEFA-nın yığma komandasının qatılacağı turnirdə millimiz yarımfinala vəsiqə qazanmaq üçün İspaniya və Ukraynanın futbol veteranları ilə mübarizə aparacaq. Millimizin heyəti aşağıdakı kimidi:

 

Oqtay Abdullayev
Rüstəm Rəhimov
Asim Xudiyev
Hüseyn Məhəmmədov
Marat Salyanski
Arif Əsədov
Nadir Əliyev
Nazim Süleymanov
Vidadi Rzayev
Əli Abışov
Ağatahir Əzimov
Rəcəb Fərəczadə
Namiq Məmmədkərimov
Mahmud Qurbanov
Allahverdi Babayev

Tarix: 11 Yanvar 13:48    Oxunub: 294    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Aprel 2017
25 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.