“32 komandalı formatın dəyişməsində heç bir fayda görmürük"

Avropa Klublar Birliyi (ECA) FİFA-nın dünya çempionatında komanda sayını 32-dən 48-ə artırmasıyla bağlı qərarından narazıdı. Sportinfo.az xəbər verir ki, bu barədə birliyin saytında açıqlama verilib. Açıqlamada komanda sayının artırılmasında heç bir fayda görmədikləri qeyd edilib: 

 

“32 komandalı formatın dəyişməsində heç bir fayda görmürük. Dünya çempionatına 9 il qalmasına baxmayaraq, belə vacib qərarın heç kimdən məsləhət almadan, tələsik qəbul edilməsi təəccüb doğurur. Bu qərarın idman prinsiplərindən çox, siyasi təzyiqin nəticəsində qəbul edildiyi şübhə doğurmur. Birliyimiz bu ayın sonunda baş tutacaq idarə heyətinin iclasında DÇ-də komanda sayının artırılmasının hansı nəticələr doğuracağını ətraflı təhlil edəcək”.

 

FİFA-nın qərarına əsasən, DÇ-2026-dan etibarən mudiallarda 48 komanda yer alacaq. Bu millilər hərəsində 3 komanda olmaqla 16 qrupda mübarizə aparacaq, qrupda ilk iki pilləni tutmuş yığmalar isə növbəti mərhələyə vəsiqə qazanacaqlar. Bundan sonrakı mərhələlər isə ənənəvi pley-off qaydasıyla davam edəcək.

Tarix: 11 Yanvar 13:24    Oxunub: 65    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Yanvar 2017
19 Yanvar 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.