"Advokata "get, indi sənin Azərbaycanda işləyən vaxtındı" dedik"

“Fənərbağça” baş məşqçisi Dik Advokata yeni müqavilə təklif etməyi planlaşdırır. Türkiyə mətbuatının yaydığı xəbərə görə, klub rəhbərliyi 69 yaşlı mütəxəssisin işndən razıdı. Ona uzunmüddətli müqavilə təklif etsələr də, hollandiyalı çalışdırıcı bu təklifə müsbət yanaşmayıb. Advokatın 2 illik müqavilə təklifi ilə razılaşacağı qeyd edilib.


 “Fənər”in sükanı arxasına cari mövsümün əvvəlində keçən Advokatın gələcəyi barədə danışan Türkiyənin tanınmış futbol ekspertlərindən Emre Bol deyib: "İstanbul klubunun bəxti gətirdi ki, Vitor Pereyranı qovandan sonra qarşısına belə bir mütəxəssis çıxdı.

 

Biz məşqçiyə 1-2 uğursuz oyunun nəticəsinə görə qiymət verməyə tələsirik. "Fənərbağça" Avroliqada "Mançester Yunayted"ə səfərdə 4:1 uduzandan sonra Advokatı yerdən-yerə vurduq, "get, indi sənin Azərbaycanda işləyən vaxtındı" dedik. Bu gün isə onu Türkiyədə salamağa çalışırıq" (Sportinfo.az)

Tarix: 11 Yanvar 13:00    Oxunub: 529    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

30 Mart 2017
29 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.