“Mançester Yunayted” finala bir addım da yaxınlaşdı - VİDEO

İngiltərə Liqa kubokunun yarımfinal mərhələsinə start verilib. Sportinfo.az xəbər verir ki, ilk yarımfinal oyununda “Mançester Yunayted” və “Hall Siti” üz-üzə gəlib. Oyun mankunianların 2:0 hesablı qələbəsiylə nəticələnib. Qarşılaşmada “qırmızı şeytanlar”ın qollarına 56-cı dəqiqədə Xuan Mata və 87-ci dəqiqədə Maruan Fellaini imza atıblar. Bu komandalar arasında cavab oyunu yanvarın 26-da Kinqston-apon-Hall şəhərində keçiriləcək. Digər yarımfinal cütündə isə “Liverpul” və “Sautqempton” finala vəsiqə uğrunda mübarizə aparacaq.

 

"Mançester Yunayted" - "Hall Siti" 2:0

Xuan Mata, 56. Maruan Fellaini, 87

 

Tarix: 11 Yanvar 12:36    Oxunub: 52    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2017
18 Yanvar 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.