Millimizin üzvü arvadı haqda: "O, əvvəl çox ərköyün və şıltaq idi"

Azərbaycan millisinin basketbolçusu Rolanda Əliyev Litva mətbuatına müsahibə verib. Sportinfo.az xəbər verir ki, millimizin üzvü müğənni Qoda Əliyeva ilə ailə münasibətlərindən danışıb. Cütlüyün iki övladı var: “Qoda mənim üçün şahzadədir və başına tac qoymuşam. Yeni-yeni münasibət qurarkən bəzi çətinliklərlə üzləşdim. 

 

Əgər qadın xoşbəxtdirsə, bütün ailə xoşbəxt olacaq. Çünki ailə qadından başlayır. Onunla qürur düyuram. Qodanın müğənni olması bizim həyatımıza təsir etmir. Ailə mənim üçün prioritetdi. O, əvvəl çox ərköyün və şıltaq idi. Lakin zaman-zaman bu düzəlməyə başladı”.

 

Əliyev Qoda ilə tanışlığı haqqında fikirlərini bölüşüb: “Onunla restoranda tanış olmuşam. Üzbəüz masalarda oturub yemək yeyirdik. Bir gülüş bizim dostluğumuzun başlanğıcı oldu. Daha sonra bu dostluq sevgiyə çevirildi. Mənim üçün yoldaşım idealdır. Onu dəyişdirmək istəmirəm”.

Tarix: 22 İyun 18:12    Oxunub: 684    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2018
26 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.