FİFA-nın son qərarı Azərbaycanın DÇ yolunu açır?

"Əlbəttə, dünya çempionatının iştirakçılarının sayının 48-dək artırılması Moldova kimi kiçik federasiyaların xeyrinədir. Bizim final mərhələsinə düşməyə şansımız yaranır" - Sportinfo.az-ın məlumatına görə, bu fikirləri Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu bildirib. FİFA-nın çıxardığı qərara əsasən 2026-cı ildən dünya çempionatının final mərhələsinin iştirakçılarının sayı 32-dən 48-dək artırılacaq. 

 
Çebanunun fikrincə, bu qərarın öz ölkəsi kimi Azərbaycana da faydası dəyəcək: "Prinsipcə, iştirakçıların sayının artırılmasına gedirdilər. Ancaq indi ən əsası kvotaların bölüşdürülməsidi. Əlbəttə, Braziliya, İngiltərə, İtaliya, Almaniya, Rusiya kimi böyük ölkələr üçün bu qərar hansısa da rol oynamır. Ancaq bizim, Baltakyanı ölkələr, Ermənistan, Azərbaycan və keçmiş postsovet məkanı təmsilçilərinin xeyrinədi".

Tarix: 11 Yanvar 10:48    Oxunub: 173    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 Aprel 2017
27 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.