Avropa çempionu avtomobil qəzasında öldü - FOTO

Boks üzrə Avropa çempionu Denis Yankin avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Sportinfo.az xəbər verir ki, hadisə Rusiyanın Kemerovo vilayətinin Çuqunaş - Şereqeş yolunun 16-cı km-də baş verib. Qəzada boksçu ilə yanaşı, daha iki nəfər ölüb. Şereqeş qəsəbəsinin adminstrasiyası ölənlərin sürücü, D.Yankin və onun qonaq gələn dostunun olduğunu bildirib.


Yerli polis qəzanın sürücünün avtomobilin idarəetməsini itirməsi nəticəsində baş verdiyini açıqlayıb. Bildirilib ki, "Lada Granta" markalı avtomobil əks hərəkət zolağına çıxaraq qarşıdan gələn yük maşını ilə toqquşub. Nəticədə sürücü, 35 və 37 yaşında iki sərnişin dünyasını dəyişib.

Tarix: 11 Yanvar 10:12    Oxunub: 171    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2017
27 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.