Ukraynalı Leonid Layinski millimizə baş məşqçi təyin olundu

Azərbaycanın boks üzrə yığma komandalarının yeni baş məşqçiləri müəyyənləşib. Federasiyanın mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, ukraynalı Leonid Layinski əsas milliyə baş məşqçi təyin olunub. Nəriman Abdullayev bu komandada böyük məşqçi vəzifəsini davam etdirəcək.


Gənclərdən ibarət komanda Vaqif Şirinova tapşırılıb. Əməkdar məşqçi Vaqif Kazımov yeniyetmə boksçulardan ibarət heyətə rəhbərlik edəcək.Qadınlardan ibarət komanda isə Elbrus Rzayevin rəhbərliyi altında çıxışını davam etdirəcək. Böyüklər arasında Azərbaycan çempionatı 25 - 30 yanvarda keçiriləcək.

Tarix: 11 Yanvar 01:00    Oxunub: 260    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

29 Mart 2017
28 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.