"Formula-1 üzrə Azərbaycan qran-prisinə marağın artmasına sevinirik"

23-25 iyunda formula 1 üzrə Azərbaycan mükafat yarışı keçirilməsi nəzərdə tutulub. Sportinfo.az xəbər verir ki, artıq 26 ölkənin avtomobil həvəskarları Bakıya gəlmək istəklərini nümayiş etdiriblər.

 

Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarainin sözünə görə, bu dövlətlər arasında Rusiya, Böyük Britaniya və ərəb ölkələrinin vətəndaşları çoxluq təşkil edir:

 

"Bilet satışı davam edir. Yanvarın 31-nədək qiymətlərdə 30 faiz endirim var. Ötən illə müqayisədə, bu dəfə maraq böyükdür. Artıq bizim qran-pri yarışı dünyada tanınmağa başlayıb. Sevinirik ki, Azərbaycanda keçirilən formula 1 yarışına diqqət artıb".

Tarix: 11 Yanvar 00:40    Oxunub: 170    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Oktyabr 2017
19 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.