UEFA Rəşad Sadıqovu tutub...

Milli və “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov avrokubokların təsnifat mərhələsində ən çox oyun keçirən futbolçuların siyahısına düşüb.

 

Sportinfo.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 35 yaşlı kapitan Kuboklar Kuboku, Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələləri tarixində bu vaxta qədər ən çox oyun keçirən futbolçuların “beşliy”ində yer alıb.

 

R.Sadıqov buna “Neftçi”, “Qarabağ” və Türkiyənin “Kayserispor” klubundakı çıxışı ilə nail olub. Siyahıya hesabında 69 oyun olan serbiyalı Saşa İliç (“Partizan”, “Qalatasaray”, “Zalsburq”) başçılıq edir. İkinci sırada 57 oyun keçirən kiprli Kostas Xaralambides (APOEL, “Panatinaikos”, AEK Larnaka) qərarlaşıb.

 

Növbəti iki pilləni isə 55 dəfə meydana çıxan belaruslu Vitali Rodionovla (BATE) R.Sadıqov bölüşür. “Beşliy”i isveçli Stefan İşizaki (AİK, “Elfsborq”, “Volerenqa”) qapayır.

Tarix: 19 İyun 17:44    Oxunub: 273    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.