“Neymar Braziliyada hamıdan yaxşıdı, amma bütün dünyada yox”

Braziliya futbolunun əfsanəsi Pele “Barselona”nın futbolçusu Neymar barədə danışıb. Sportinfo.az xəbər verir ki, Pele Neymarın hazırda Braziliyanın ən yaxşısı olduğunu deyib. Ancaq o, həmyerlisinin bütün dünyada belə statusda olmadığını etiraf edib.

 

O, yaxın zamanlarda hansısa braziliyalı futbolçunun “qızıl top”u qazanacağı barədə proqnoz verməyin də çətin olduğunu vurğulayıb: “Yaxın vaxtlarda hansı braziliyalı futbolçu “qızıl top”u qazanacaq? Bu sualla bağlı proqnoz vermək çox çətindi.

 

Mən Neymara ümid bəsləyirəm. Ancaq Braziliya yığması evdə keçirilən dünya çempionatında uğursuz çıxış etdi. Bu isə vacib faktordu. Əlbəttə, Neymar hazırda Braziliyada hamıdan yaxşıdı, amma bütün dünyada yox”.

Tarix: 19 İyun 17:20    Oxunub: 162    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Avqust 2017
19 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.