"Samtredia"nın baş məşqçisi: "Qarabağ"a qalib gəlmək şansımız var"

 “Azərbayan çempionu “Qarabağ” güclü və varlı klubdu. Həm də ötən mövsüm Azərbaycanın daha bir təmsilçisi "Qəbələ" bizi Avropa Liqasında mübarizədən kənarlaşdırmışdı”.

 

Sportinfo.az-ın məlumatına görə bunu "Samtredia"nın baş məşqçisi Georgi Tsetsadze Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkünü Gürcüstanın "İctimai" kanalına dəyərləndirərkən deyib.

 

O, digər potensial rəqiblərdən Kiprin APOEL, Serbiyanın "Partizan", Avstriyanın "Zalsburq" və Bolqarıstanın "Lüdoqorets" klublarının da "Qarabağ"dan az çempion olmadıqlarını vurğulayıb.

 

Bu baxımdan, Setsadze Azərbaycan təmsilçiləri ilə oyun təcrübəsinin olduğunu xatırladaraq, cütün qalibi ola bilmələrinin mümkünlüyünü dilə gətirib. "Qarabağ"la "Samtredia" arasındakı ilk oyun 11-12 iyulda Bakıda, cavab görüşü bir həftə sonra Gürcüstanda keçiriləcək. 

Tarix: 19 İyun 16:56    Oxunub: 187    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyun 2017
27 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.