Millinin üzvü Türkiyə klubunda

Türkiyə Super Liqa təmsilçisi “Kayserispor” heyətini yeni futbolçuyla gücləndirib. Sportinfo.az xəbər verir ki, Kayseri təmsilçisi son mövsümdə “Anderlext”in heyətində Belçika çempionu olan müdafiəçi Stefan Badjini heyətinə cəlb edib. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

 

Xəbərdə Seneqal millisinin də üzvü olan Badjinin 1 illik icarəyə götürüldüyü qeyd edilib. “Kayserispor” seneqallının Türkiyədə çıxış etdiyi ilk klub olmayacaq. Belə ki, 27 yaşlı futbolçu 2015/16 mövsümündə bu ölkənin digər təmsilçisi - “Başakşəhər”də top qovub.

Tarix: 19 İyun 16:44    Oxunub: 337    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.