Bakıda "Neftçi"nin azarkeşini vuran futbolçu "Yuventus"a keçdi

"Neftçi"nin azarkeşini oyun vaxtı vurduğu üçün komandadan qovulan futbolçu Katalin Tira özünə yeni klub tapıb. Sportinfo.az-ın məlumatına görə, 23 yaşlı hücumçu Rumıniyanın paytaxtı Buxaresti təmsil edən "Yuventus"la müqavilə bağlayıb.


Anlaşmanın müddəti və maddi tərəfləri açıqlanmır. Bu komandanın baş məşqçisi "Bakı"nın sabiq hücumçusu Daniel İonel Opritsadı. Katalin Tira ötən mövsümün əvvəlində "Neftçi"yə transfer olunub. Tira 2016-cı il oktyabrın 25-də "Qarabağ"la oyun zamanı meydana girən azarkeşə hücum edərək, onu vurub. Nəticədə AFFA İntizam Komitəsi gənc hücumçunu 5 oyunluq cəzalandırıb, klubu isə cəzanın bitməsini gözləmədən futbolçunu qovub.

 

Rumıniyalı legioner ötən mövsümün ikinci yarısını Rumıniyanın "Dunarya Kalaraşi" komandasında keçirib. Buxarest "Yuventus"u isə aşağı liqada çempion olaraq, 2017-2018 mövsümündən yüksək liqada iştirak hüququna yiyələnib.

Tarix: 19 İyun 16:32    Oxunub: 370    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Oktyabr 2017
17 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.