Ayxan "Zirə"yə üstünlük verdi

Avropa Liqasında ilk rəqibini tanıyan “Zirə”nin baş məşqçisi Ayxan Abbasov püşkü dəyərləndirib. Sportinfo.az xəbər verir ki, gənc çalışdırıcı evdə başlayacaqları mübarizəyə hazır olduqlarını bildirib.
 
Abbasov ehtiyatı da əldən verməyib: "Differdanj" ölkəsinin ən güclü 2 klubundan biridi. Turnir cədvəlinə baxdım, komanda çempionla eyni xalı toplayıb və yalnız top fərqinə görə ilk sıranı əldən verib.

 

Bundan sonra rəqib haqda daha da geniş məlumat toplamağa çalışacağıq. Oyuna ciddi hazırlaşacağıq. İlk oyunun evdə olması bizim üçün üstünlükdür.

 

Bakıya döndükdən sonra həm hazırlaşmaq, həm də rəqibi analiz etmək üçün vaxtımız olacaq. Avropa liqasında debüt edəcəyik, təcrübəmiz azdır. Çətin olacağını bilirik. Çalışacağıq ki, qarşıdakı iki oyunda yaxşı oynayıb turu keçək".

Tarix: 19 İyun 16:20    Oxunub: 166    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyun 2017
27 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.