Florentino Peres 2021-ci ilə qədər “Real"ın prezidenti olacaq

“Real"ın prezidenti Florentino Peres 2021-ci ilə qədər postunda qalacaq. Sportinfo.az xəbər verir ki, səbəb prezident seçkisi üçün ərizələrinin verilməsi müddəti başa çatsa da, namizədliyini irəli sürən digər şəxsin olmamasıdır. 70 yaşlı funksioner alternativi olmadığı üçün fəaliyyətini davam etdirəcək.


Bu, Florenino Peresin Madrid klubunda 2-ci prezidentlik dönəmidir. O, 2006 - 2009-cu illərdə də "kral klubu"na rəhbərlik edib. Luiş Fiqu, Zindedin Zidan, Fabio Kannavaro, Devid Bekhem, Ronaldo Luis Nazario, Kriştianu Ronaldo, Kaka kimi ulduz futbolçuları transfer edən iş adamı xeyli sayda kubok da görüb. "Real" onun rəhbərliyi altında 6 dəfə İspaniya çempionu olub, 2 dəfə ölkə kuboku, 4 dəfə İspaniya Super Kuboku və 4 dəfə Çempionlar Liqasını qazanıb.

Tarix: 19 İyun 15:56    Oxunub: 94    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Avqust 2017
19 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.