Avroliqanın zəifləri "İnter" və "Zirə"nin qismətinə çıxdı - PÜŞK

Çempionlar Liqasının ardınca Avropa Liqasında da 2017/18 mövsümünün I və II təsnifat mərhələsinin püşkü atılıb.

 

Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində UEFA-nın mənzil-qərargahında baş tutan mərasimdə daha 3 klubumuzun rəqibi müəyyənləşib.
 
Ölkəmizi qitənin ikinci dərəcəli klub turnirində təmsil edən “Zirə” və “İnter” mübarizəyə I təsnifat mərhələsindən start verəcək. “Qəbələ” isə növbəti mərhələdə rəqibini gözləyəcək. Püşkün nəticəsinə görə, “İnter” Serbiya təmsilçisi “Mladost”la üz-üzə gələcək. “Zirə” isə Lüksemburq “Differdanj”ı ilə qarşılaşacaq.
 
Premyer Liqanın vitse-çempionu “Qəbələ” isə II təsnifat mərhələsindən mübarizəyə başlayacaq 16 komandadan biridi. Onlardan 12-si səpələnmiş, 4-ü səpələnməmişdi. Güclülərin arasında olan “Qəbələ” nisbətən zəiflə görüşəcək. Püşkatmada təmsilçimiz səpələnməmişlərdə olan 4 komanda və ya I təsnifat mərhələsinin cütlərindən biri ilə üz-üzə gələcək.

Tarix: 19 İyun 15:20    Oxunub: 304    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.