“Beşiktaş”ın prezidenti: “Bu il Azərbaycana gedəcəyimiz dəqiqdi”

“Müsəlman ölkələrində rəğbət qazana bilərik. Məsələn, Azərbaycanda inanılmaz sayda “Beşiktaş” azarkeşi var. Keçən il ora səfər edə bimədik. Amma bu il Azərbaycana gedəcəyimiz dəqiqləşib” - Sportinfo.az-ın məlumatına görə, bunu “Vatan” qəzetinə müsahibəsində “Beşiktaş”ın prezidenti Fikret Orman deyib.


“Beşiktaş” iyulun 16-da Çinə gedəcək və 4 günlük səfər müddətində iki hazırlıq matçı keçirəcək. Klub rəhbəri bildirib ki, Çin səfərləri başlanğıcdır və ümumilikdə 10-12 ölkəyə getməyi planlaşdırırlar: “Çin bizim üçün başlanğıcdır. Pakistan və Hindistanın da yerləşdiyi Uzaq Şərqdə milyarda yaxın müsəlman var.

 

Biz “Real Madrid”, “Barselona” və ya “Mançester Yunayted” deyilik. Heyətində Messi, Ronaldu, İbrahimoviç olan komandalardan azarkeş qoparmaq asan iş deyil. Qazaxıstana, İndoneziyaya, Malayziyaya yollanacağıq və oralarda oyunlar keçirəcəyik. Hədəfimizdə təxminən 10-12 ölkə var".
 

Tarix: 19 İyun 16:08    Oxunub: 196    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Oktyabr 2017
17 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.