Millinin Almaniyada çıxış edən futbolçusunun yeni baş məşqçisi

Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Aue"nin yeni baş məşqçisi müəyyənləşib. Sportinfo.az-ın məlumatına görə, Almaniyanın II Bundesliqasında mübarizə aparan kollektiv Tomas Letşə tapşırılıb.

 

Letş bu postda bir müddət əvvəl "Şalke"nin sükanı arxasına keçən Domeniko Tedeskonu əvəzləyib. 51 yaşlı almaniyalı mütəxəssis ötən mövsüm Avstriya çempionatının I divizionunda mübarizə aparan “Liferinq” komandasına rəhbərlik edib. "Ertsebirge Aue" bu gün T.Letşin rəhbərliyi altında ilk məşqinə çıxacaq.

Tarix: 19 İyun 15:44    Oxunub: 110    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyun 2017
27 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.