"İnter"i yaxşı tanımırıq, evdə onlara qol vursaq, möhtəşəm olar"

"Demək olar ki, rəqibimizi yaxşı tanımırıq. Vaxtımız var, rəqibimizin oyununu təhlil edəcəyik və layiqli mübarizə aparmağa çalışacağıq" - Sportinfo.az xəbər verir ki, bu sözlər Serbiyanın "Mladost" klubunun baş məşqçisi Nenad Milovanoviçə məxsusdu. 

 

Luçani təmsilçisi Avropa Liqasının 1-ci təsnifat mərhələsində "İnter"ə rəqib olub. İlk oyunlar iyunun 29-da, cavab görüşləri isə iyulun 6-da keçiriləcək. Ölkəsinin mətbuatına açıqlama verən 47 yaşlı mütəxəssis fikirlərini bildirib.

 

O, "İnter"i üstələməyə çalışacaqlarını deyib: "Mən və futbolçularım məsuliyyəti dərk edirik. Ölkəmizi turnirdə layiqli təmsil etməyə çalışacağıq. Əsas hədəfimiz maksimum irəliləməkdi".

 

Çalışdırıcı evdə keçirəcəkləri ilk oyunda qolsuz heç-heçəyə razı ola biləcəklərini deyib: "İlk oyunu evdə keçirəcəyik. Doğma meydanda qol vursaq, möhtəşəm olar. Amma qolsuz heç-heçə də pis olmaz".

Tarix: 19 İyun 17:08    Oxunub: 811    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.