AFFA əməkdaşları və müxtəlif layihələrinə qatılan personalın əməkhaqqılarını ödəməkdə problemlə üzləşib. Sportinfo.az -ın məlumatına görə, federasiya sonuncu dəfə aprel ayının maaşını verib. Bu hal isə son vaxtlar ilk dəfə yaşanır.
Niyə belədi? Qurum dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə qarşılaşan millinin Avstriyada 2 həftəlik təlim-məşq toplanışı keçməsinə 250 min avrodan artıq xərc çəkib və büdcə hazırda boşdu.