“Qəbələ”ni udmağın sirri VİDEO

Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” hazırlıq çərçivəsində mini turnirdə iştirak edib. Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Avstriyanın “Vakker” və Bolqarıstanın MOİK klubları ilə birlikdə “Stubay Cup”da qüvvəsini sınayıb.


Təmsilçimiz hər oyunu 45 dəqiqəlik bir hissədən ibarət olan turnirdə ilk matçı “Vakker”ə qarşı keçirib - 0:1. Avmtriya klubunun futbolçuları MOİK-lə oyunda 1:3 hesabı ilə məğlub olub. Turnirin son görüşündə isə “Qəbələ” Sofiya təmsilçisi ilə qarşılaşıb.

 

2:0 hesablı qələbə qazanan sofiyalılar turniri 6 xalla başa vurub. Bolqarların baş məşqçisi Stamen Belçev yarış haqqında fikirlərini bölüşərkən, komandasından razı qaldığını bildirib: “İki qələbə qazanmağımız sevindirici haldı. İstək və əzmkarlıq göstərdik və futbolçularımın əhval-ruhiyyəsini belə görmək çox xoşuma gəldi.

 

Hiss olunur ki, özlərini yaxşı tərəfdən göstərməyə can atırlar. Enrike “Vakker”ə qarşı başdan sona oynadı, “Qəbələ” ilə matçda isə meydana sonradan çıxdı. Qarşıdakı günlərdə yeni oyunçular alacağıq. Düşünürəm ki, qısa zamanda hamı hazır olacaq”.

 

 

Tarix: 19 İyun 14:12    Oxunub: 316    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.