"Qarabağ" ÇL-də Gürcüstan çempionu ilə qarşılaşacaq - PÜŞK

İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının ilk 2 təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Sportinfo.az-ın məlumatına görə, əvvəlcə I təsnifat mərhələsinin püşkü atılıb. Bu mərhələdə cütlüklərin tərkibi belə müəyyənləşib:


"Vikinqur" (Farer adaları) - "Trepça” (Kosova)
"Haybernian" (Malta) - "İnfonet" (Estoniya)
"Alaşkert" (Ermənistan) - "Santa Koloma" (Andorra)
TNS (Uels) - "Europe" (Cəbəllütariq)
"Linfild" (Şimali İrlandiya) - "La Florita" (San Marino)


İlk oyunlar 27-28 iyunda adları birinci göstərilən komandaların meydanında, cavab görüşləri 4-5 iyulda keçiriləcək Daha sonra II təsnifat mərhələsinin də püşkü atılıb. Azərbaycan çempionu "Qarabağ"ın bəxtinə "Samtredia" (Gürcüstan) çıxıb. "Samtredia" ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ"yə rəqib olub. Bakıdakı görüşdə 1:5 hesabı ilə uduzan Gürcüstan təmsilçisi evdə qalib gəlib - 2:1.


II təsnifat mərhələsinin püşkatmasının nəticələri:
APOEL (Kipr) - "Düdelanj" (Lüksemburq)
"Jalgiris" (Litva) - "Ludoqorets" (Bolqarıstan)
"Qarabağ" (AZƏRBAYCAN) - “Samtredia” (Gürcüstan)
“Partizan” (Serbiya) - “Buduçnost” (Monteneqro)
"Haybernian" (Malta) / "İnfonet" (Estoniya) - “Zalsburq” (Avstriya)
“Şerif” (Moldova) - “Kukesi” (Albaniya)
“Astana” (Qazaxıstan) - “Spartak” (Yurmala, Latviya)
BATE (Belarus) - "Alaşkert" (Ermənistan) / "Santa Koloma" (Andorra)
“Jilina” (Slovakiya) - “Kopenhagen” (Danimarka)
“Hapoel” (Beer-Şeva, İsrail) - “Honved” (Macarıstan)
“Riyeka” (Xorvatiya) - TNS (Uels) / "Europe" (Cəbəllütariq)
“Malmö” (İsveç) - “Vardar” (Makedoniya)
“Zrinski” (Bosniya və Herseqovina) - “Maribor” (Sloveniya)
“Dandolk” (İrlandiya) - “Rusenborq” (Norveç)
“Hafnarfyordur” (İslandiya) - "Vikinqur" (Farer adaları) / "Trepça” (Kosova)
"Linfild" (Şimali İrlandiya) / "La Florita" (San Marino) - “Seltik” (Şotlandiya)
“Mariehamn” (Finlandiya) - “Legiya” (Polşa)


İlk oyunlar 11-12 iyulda adları birinci göstərilən komandaların meydanında, cavab görüşləri 18-19 iyulda keçiriləcək.

Tarix: 19 İyun 14:24    Oxunub: 373    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyun 2017
27 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.