Millimizin futbolçusu İspaniya La Liqasında çıxış etməyəcək

İspaniya La Liqasına sonuncu vəsiqə uğrunda pley-off oyunları keçirilir. Sportinfo.az xəbər verir ki, bu gecə həlledici oyuna vəsiqə qazanan ikinci komanda da bəlli olub. Yarımfinalda qarşılaşan "Tenerife" ilə Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kadis"in cavab görüşü daha gərgin alınıb.

 

Bu komandaların ilk oyununda futbolçumuzun komandası doğma meydanda minimal hesablı qələbəyə sevinmişdi. Cavab görüşündə isə "Tenerife" oxşar hesabla qalib gəlib. Bu üzdən də matç əlavə vaxta gedib.

 

Lakin artırılan yarım saatda da başqa qol olmayıb. Belə olan halda yarışın əsasnaməsinə uyğun olaraq, İspaniya ikinci liqasında mövsümü 5-ci yerdə başa vura "Kadis"dən daha üst pillədə (4-cü) qərarlaşan "Tenerife" finala yüksəlib. Eddi bu matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

Digər yarımfinal cütündə "Xetafe" "Hueska"nı üstələyib (səfərdə 2:2, evdə 3:0). Beləliklə, La Liqaya son vəsiqə uğrunda "Xetafe" və "Tenerife" mübarizə aparacaq. Tərəflər arasındakı ilk oyun iyunun 21-də, cavab görüşü isə ayın 24-də baş tutacaq.

Tarix: 19 İyun 13:36    Oxunub: 259    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.