Anar, Elxan və Bəxtiyarın yer aldığı "Neftçi" neylədi? - FOTOLAR

Futtennis üzrə 1-ci Azərbaycan Kubokuna yekun vurulub. Sportinfo.az xəbər verir ki, "Dinamo" İdman Cəmiyyətində keçirilən yarışda 10 komanda iki qrupda mübarizə aparıb. Müvafiq olaraq, A və B qruplarında sonuncu sıranı tutan kollektivlər turnirdə mübarizəni dayandırıb. Hər iki qrupda ilk 4 pilləyə yüksələn komandalar 1/4 finala vəsiqə qazanıb.
 
Xeyli sayda azarkeşin izlədiyi və bir çox sabiq tanınmış futbolçunun qatıldığı ölkə kubokunun finalında "Marafon" və "Neftçi" üz-üzə gəlib. Matçın birinci hissəsində "Neftçi" komandası rəqibindən üstün olub, ikinci hissədə isə "Marafon" klubu tarazlığı bərpa edib.

 

Qalibin müəyyənləşdiyi üçüncü hissədə, heyətində Anar Həsənov, Elxan Cəbrayılov və Bəxtiyar Soltanovun yer aldığı "Neftçi" daha yaxşı oyun sərgiləyərək rəqibinə qalib gələrək, Azərbaycan Kubokunun başı üzərinə qaldırıb. Futbol üzrə yığma komandamızın sabiq üzvü Aslan Kərimov yarışın ən yaxşı oyunçusu seçilib. Qaliblərə Azərbaycan Futnet Assosisiyası tərəfindən medallar, dəyərli hədiyyələr, xüsusi diplomlar verilib.

 

Tarix: 19 İyun 13:00    Oxunub: 355    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.