"Mən bilsəm ki, hansı məşqçi futbolçudan pul alıb, özündən küssün!"

"İnter"in Müşahidə Şurasının sədri Zaur Axundov klubça çalışan məşqçilərə sərt xəbərdarlıq edib. Sportinfo.az-ın məlumatına görə, sabiq "bankirlər"in yeni rəhbəri onlara puldan uzaq olmağı tapşırıb:

 

"Mən eşidəm və biləm ki, hansı məşqçi futbolçudan, onun valideynindən pul alıb, özündən küssün! Onun ayağını burdan birdəfəlik kəsəcəm. Elə edəcəm ki, bir də bu işlə məşğul olmayacaq.

 

Mən burdayamsa, belə hallar baş verə bilməz. Əvvəl "İnter"də kim necə işləyib, məni maraqlandırmır. Hamısı dünəndə qaldı. Bundan sonra olmasın. Bu klub maliyyə problemi yaşamayacaq. Müqavilədə hansı məbləğ göstərilibsə, onu da alacaq".

Tarix: 19 İyun 12:24    Oxunub: 750    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyun 2017
27 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.