Makedoniyanın paytaxtı Skopyedə kişi voleybolçulardan ibarət yığmalar arasında Avropa Liqasında ilk qrup mübarizəsinə yekun vurulub. Sportinfo.az xəbər verir ki, voleybol yığmamız III turda Albaniya millisi ilə qarşılaşıb.
Fərid Cəlalovun baş məşqçisi olduğu millimiz 3-cü oyunda da uduzub - 1:3 (22:25, 22:25, 25:17, 10:25). İlk 2 oyunda Makedoniya və İsveçə müvafiq olaraq 0:3 və 2:3 hesabları yenilən Azərbaycan 1 xalla (3-9) qrup sonuncusudu.
Qrupumuza Makedoniya 6 xalla başçılıq edir. Albaniya 5 xalla 2-ci, İsveç 3 xalla 3-dü. Avropa Liqasında qrup mübarizəsinin davamı qarşıdakı həftə Albaniyada keçiriləcək. Qrupda ilk 2 yeri tutan yığmalar yarımfinala çıxacaq.