"Lap ürəyimiz partlayır" - FOTO

“Kəpəz”in əsas komandasının üzvü Şəhriyar Əliyev futbolsuz darıxıb. Sportinfo.az xəbər verir ki, klub saytına açıqlama verən müdafiəçi formadan düşməmək üçün fərdi məşqlərə başladığını, yeni mövsümün startını səbrsizliklə gözlədiyini bildirib: 

 

“Mövsümlərarası fasilə çoxdu deyə, futbolsuz lap ürəyimiz partlayır (gülür). Düzdü, istirahət etmək üçün vaxtımız çoxdu, arada uşaqlarla yığışıb futbol oynayırıq. Hardasa 15 gün dincəldim, artıq məşqlərə başlamışam. Hər gün məşq edirəm ki, formada qalım. İstirahət dövrünü passiv keçirsək, sonra əleyhimizə işləyər.

 

Kökəlməyə meylli adamam. Lakin indi arıqlamışam. Futbol üçün də darıxmışam. İdmançı 2-3 gün məşq etməyəndə darıxır, təsəvvür edin indi futbolsuz nə hala düşmüşük. Bizim işimiz budu. Çempionat olanda başımız məşqlərə, oyunlara qarışır. Amma hazırda özümüzə məşğuliyyət tapa bilmirik. Növbəti çempionatı həvəslə gözləyirik”.

Tarix: 19 İyun 11:48    Oxunub: 275    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.