"Düşünmürdüm ki, Musayevlə vidalaşmaq bu günlərə gəlib təsadüf edəcək" - Prezident

"Fuad Musayevlə bağlı çox müsbət xatirələrim var. Ancaq o qədər düşünmürdüm ki, onunla vidalaşmaq bu günlərə gəlib təsadüf edəcək" - Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının ilk prezidenti Ayaz Mütəllibov AFFA-nın ilk prezidenti Fuad Musayevin dəfn mərasimində əmkdaşımıza verdiyi açıqlamasında bildirib.

 

Moskavada 79 yaşında böyrək çatışmazlığından dünyasını dəyişən Musayev 1992-ci ildə AFFA-nın ilk prezidenti olub və həmin vaxt Azərbaycanın Prezidenti Mütəllimov idi. Musayevin dəfn olunmasında iştirak edən sabiq dövlət başçısı mərhumla bağlı xatirələrini bölüşüb:

 

"Fuad Musayev Azərbaycanın vətənpərvər insanı olaraq həmişə respublikamızı müdafiə edib. Zəhmətkeş insan olub. Onunla yaxın olmaq, yaxından dostluq etmək şəxsən mənim üçün böyük şərəf idi. Fuad Ənvəroviçlə uşaqlıqdan - 40-cı illərdən tanışıq. Musayev valideynlərinin qəbirlərinin yanında torpağa tapşırıldı. Allah rəhmət eləsin".

Tarix: 19 İyun 11:00    Oxunub: 263    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.