"Normal futbolçular almağa, pul xərcləməyə əlləri gəlmir"

Robert Prosineçkini Azərbaycandan qopara bilməyən "Bursaspor" yeni baş məşqçi tapıb. Sportinfo.az-ın məlumatına görə, Super Liqa təmsilçisi Pol Le Quen ilə anlaşıb. Son 2 ildə çalışmayan fransalı mütəxəssislə bütün şərtlər razılaşdırılıb.


Bu gün Türkiyəyə gələcək "Lion"un sabiq çalışdırıcısı klub prezidenti Ali Ayla görüşəcək, daha sonra  2+1 illik müqaviləyə qol çəkəcək. Onun qarşsına qoyulan məqsəd artıq bəllidi: güclü komanda yaratmaq və yeni mövsümdə medallar uğrunda mübarizə aparmaq.


AFFA-nın Prosineçkinin millinin sükanı arxasından ayrılmasına icazə verməməsinə Türkiyədə sevinənlər az deyil. Tanınmış yazar Gökmen Özdenak bildirib ki, xorvatiyalı çalışdırıcınının təyinatının baş tutmaması, əslində, "Bursaspor"un xeyrinədi:


"Prosineçki öncə də Super Liqada çalışıb. Onu geri qaytarmaq istəyənlərin nə niyyət güdməsi mənə qaranlıqdı. Prosineçki "Bursaspor"da heç bir nəticə əldə edə bilməyəcəkdi. Ondan uğur gözləyənlər dönsün, bir yaxın keçmişə baxsın. O, "Kayserispor"da başarısız oldu. "Bursaspor"un problemi yönətimdədi. Normal futbolçular almağa, pul xərcləməyə əlləri gəlmir".

Tarix: 19 İyun 10:48    Oxunub: 634    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.