Məhəmməd İngiltərəyə gedir

“Roma” yarımmüdafiəçisi Məhəmməd Salaha görə “Liverpul”un irəli sürdüyü təkliflə razılaşıb. Sportinfo.az xəbər verir ki, “Roma” “Liverpul”un 39,5 milyon funtluq (45 milyon avro) təklifini qəbul edib. Salah iyunun 20-də tibbi müayinədən keçmək üçün İngiltərəyə gedəcək.

 

Transfer rəsmiləşsə, bu, “Liverpul”un tarixində rekord göstərici olacaq. İndiyə qədər “Liverpul” ən böyük məbləği Endi Kerrol üçün ödəyib. 2011-ci ildə onu “Nyukasl”dan almaq üçün 35 milyon funt ödənilmişdi. 

 

25 yaşlı Salah ötən mövsüm “Roma”nın heyətində 41 oyun keçirib, 19 qol vurub, 15 qol ötürməsi edib. “Roma” misirlini 2016-cı ildə “Çelsi”dən 15 milyon avroya almışdı.

Tarix: 19 İyun 10:24    Oxunub: 168    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.