Zidan Ronaldoya zəng edərək, ondan "Real"da qalmasını istədi

“Real”ın hücumçusu Kriştiano Ronaldonun klubdan ayrılmaq istədiyi barədə xəbər vermişdik. Sportinfo.az xəbər verir ki, portuqaliyalı futbolçunun komandadan ayrılmaq ehtimalı “kral klubu”nun baş məşqçisi Zinəddin Zidanı hərəkətə gətirib.

 

İspaniyada vergidən yayınmaqda ittiham olunan Ronaldonun “Real”ı tərk edəcəyi deyilir. İspaniyanın “Marka” nəşrinin yaydığı məlumata görə, fransalı mütəxəssis hazırda Konfederasiyalar Kubokunda iştirak üçün Rusiyada olan Portuqaliya millisinin düşərgəsində olan Ronaldoya zəng edərək, ondan komandada qalmasını istəyib.

 

Kriştiano Zidana konkret cavab verməsə də, hücumçuyla məşqçi Konfederasiyalar Kuboku və istirahət müddəti başa çatdıqdan sonra bu məsələni Madriddə üz-üzə müzakirə etmək qərarına gəliblər. Zidandan başqa, “Real”ın kapitanı Serxio Ramosun da Ronaldoya zəng edərək, komandada qalmaqla bağlı dilə tutduğu qeyd edilib.

Tarix: 19 İyun 09:48    Oxunub: 214    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.