"Qarabağ"ın məşqində nə baş verməsini bilmək istəyirsiz? - VİDEO

“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi toplanışın ikinci gününü tək məşqlə tamamlayıb. Məşq meydançada baş tutub və təxminən 90 dəqiqə davam edib.  Toplu və fiziki çalışmalarla hazırlığa yekun vurulub.


“Qarabağ” iyunun 20-də ilk yoxlama oyununu keçirəcək. Ağdam təmsilçisi Rusiyadan “Axmat”la qarşılaşacaq. Kössen qəsəbəsində baş tutacaq matç yerli vaxtla saat 17:00-da (Bakı vaxtıyla 19:00) start götürəcək.


Bir müddət öncə “Terek” klubu adını dəyişdərərək “Axmat” olub. Bu komanda bir neçə gün öncə Avstriyada "Qəbələ" ilə də qarşılaşmış və 1:0 hesabıyla qalib gəlmişdi.

 

Tarix: 19 İyun 09:24    Oxunub: 548    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Avqust 2017
15 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.