"Neftçi" rəhbərliyindən səviyyəli pleymeker tələb etdi

"Neftçi" iyunun 26-da istirahətdən qayıdacaq. Sportinfo.az-ın məlumatına görə, SOCAR-ın legioner transferinə böyük büdcə ayırmadığı və məhdudiyyət qoyduğu Elxan Abdullayev rəhbərlikdən yeni xahiş edib.

 

Çalışdığı klubların heç birində uğur qazanmayan, "Neftçi"də də ötən mövsümü biabırçı şəkildə yola verən baş məşqçi pleymeker alınmasını istəyib.

 

Bugünlərdə millidəki iş yerini itirən bacarıqsız mütəxəssis bildirib ki, həmin mövqeyə səviyyəli əcnəbi futbolçu gətirmək mümkün olarsa, komandanın əsas problemi həllini tapacaq. Necə deyərlər, Abdullayevin hər şeyi çatır, bir saqqal darağı çatışmır.

Tarix: 19 İyun 09:12    Oxunub: 508    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.