KƏLLƏ ATDI: “Oyunçular elə bilirlər ki, ağıllarına nə gəlirsə, danışa bilərlər" - VİDEO

İspaniya Sequnda təmsilçisi “Hueska”nın baş məşqçisi Xuan Antonio Ankela komandanın yarımmüdafiəçisi David Lopeslə dalaşıb. Sportinfo.az xəbər verir ki, hadisə La Liqaya vəsiqə əldə etmək üçün “Xetafe” ilə keçirilən oyun (0:3) zamanı baş verib.
 

“Xetafe” 2 oyunun nəticəsinə görə (0:0, 3:0) pley-offun finalına yüksəlib. Baş məşqçi 55-ci dəqiqədə futbolçunu əvəzləyərkən, o, narazılğını bildirib. Ankela buna cavab olaraq, yarımmüdafiəçinin başına zərbə endirib. O, oyundan sonra keçirilən mətbuat konfransında hərəkətini belə izah edib:

 

“Oyunçular elə bilirlər ki, ağıllarına nə gəlirsə, danışa bilərlər. O, mənə narazılığını bildirdi, mən də ona. Bu da normal haldı. Belə hadisə nə birinci dəfə yaşanır, nə də sonuncu. Futbolçu elə fikirləşir ki, məşqçi susmalı, oyunçu isə istədiyini danışmalıdı. Hörmət qarşılıqlı olmalıdı”.

 

Tarix: 19 İyun 08:48    Oxunub: 143    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyun 2017
27 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.