Musayevin dəfnindən FOTOLAR

AFFA-nın ilk prezidenti Fuad Musayevlə vida mərasimi keçirilib. Sportinfo.az xəbər verir ki, mərasim "Təzə Pir" məscidində baş tutub. Cənazə namazından sonra Fuad Musayev Yasamal qəbiristanlığında dəfn edilib. O, “Qurd qapısı” qəbiristanlığında atası Ənvər Musayevin yanında dəfn olunub.

 

Vida mərasimində Azərbaycan Respublikasının ilk prezidenti Ayaz Mütəllimov, Milli Məclisin deputatları Arif Rəhimzadə, Vahid Axundov, Səbail rayon icra başçısı Eldar Əzizov, AFFA-nın baş katibi Elxan Məmmədov, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev, "Neftçi"nin Müşahidə Şurasının sabiq üzvü Bəhram Bağırzadə, futbol veteranları, 1990-cı illərdə partiya və dövlət orqanlarında təmsil olunmuş bir çox şəxs, futbol veteranları və ictimaiyyət üzvləri iştirak edib.

 

Fuad Musayev 11 yanvar 1938-ci ildə Bakıda anadan olub. Atası Şuşadan, anası Gəncədəndi. 6-cı rus məktəbini qurtarıb, inşaat fakültəsində oxuyub. 12 yaşından idmanla məşğul olub. 1952-ci ildən futbol və voleybol oynamağa başlayıb.

 

1977-ci ildə Dövlət Planlaşdırma Komitəsində sədrin 1-ci müavini təyin olunub. Elə həmin ildə də Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib və 1995-ci ilə kimi deputat mandatını daşıyıb. Fuad Musayev 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, Mərkəzi Komitənin tikinti üzrə katib vəzifələrində çalışıb.

 

O, 1983-cü ildən 1988-ci ilə kimi Bakı şəhər Partiya Komitəsinin I katibi vəzifəsində fəaliyyət göstərib. 1990-cı ildə Mərkəzi Komitənin iqtisadiyyat, tikinti və təsərrüfat üzrə katibi olub. Azərbaycan Respublikası müstəqillik əldə edəndən sonra - 1992-ci ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının ilk prezidenti seçilib, 2003-cü ilə kimi quruma rəhbərlik edib.

 

Fuad Musayev 16 iyun 2017-ci ildə uzun sürən xəstəlikdən sonra Moskvada böyrək çatışmazlığından vəfat edib. Fuad Musayev səhhəti ilə əlaqədar Estoniyada müalicə alırdı. Müalicəsini başa vuran keçmiş AFFA prezidenti Moskvaya gedərkən vəziyyəti qəfildən pisləşib, xəstəxanada vəfat edib. 1 oğlu, 1 qızı, 4 nəvəsi var. Oğlu Tofiq Musayev hazırda Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavinidi.

 

Tarix: 19 İyun 08:24    Oxunub: 347    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.