“İnter”in hücumçusu söylədi: "Gələcəyimlə bağlı qərar vermək üçün vaxt var"

“İnter”in hücumçusu Qabriel Barbosa gələcək karyerasıyla bağlı qərar verib. Sportinfo.az xəbər verir ki, ötən il “Santos”dan 35 milyon avroya transfer olunan 20 yaşlı futbolçu son mövsümdə ona olan ümidləri doğrultmamışdı.

 

Mövsüm bitdikdən sonra gənc hücumçunun İspaniya La Liqa təmsilçisi “Las Palmas”a icarəyə veriləcəyi barədə xəbər yayıldı. Ancaq Qabiqol ləqəbli futbolçu “İnter”dən ayrılmaq barədə düşünmür. Belə ki, Barbosa İspaniya təmsilçisindən gələn təklifi rədd edib.

 
Qabiqol son mövsümdə cəmi 10 oyunda şans qazanıb, 1 qol vurub. Braziliyalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında “neradzurra”da qalaraq, özünü sübut etmək istədiyini deyib: “İnter”dəki ilk mövsümüm çox çətin keçdi. Lakin nəyə qadir olduğumu göstərmək istəyirəm. “İnter”in futbolçusuyam və öyrənməyə davam edirəm.
 
Düzdü, son mövsümdə daha çox şans qazanmağa ümid edirdim, ancaq gözlədiyim kimi olmadı. İndi İtaliya futbolunu daha yaxşı tanıyıram. Gələcəyimlə bağlı qərar vermək üçün vaxt var. Hələ ki, “İnter”də qalıram. Burda xoşbəxtəm. Əgər yenə şans qazanmasam, darıxacam, ancaq “İnter”də qalmaq fikrim qətidi”.
Tarix: 19 İyun 00:46    Oxunub: 192    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.