Portuqaliya və Meksika heç-heçə etdi, Çili qazandı - İKİ VİDEO

Rusiyada təşkil olunan Konfederasiyalar Kubokunda daha iki oyun keçirilib. Sportinfo.az xəbər verir ki, günün ilk oyununda son Avropa çempionu Portuqaliya millisi KONKAKAF-ın qalibi Meksika ilə qarşılaşıb. Dörd qolun vurulduğu oyunda qalib müəyyənləşməyib.

 

Xatırladaq ki, bu qrupda keçirilmiş ilk oyunda Rusiya millisi Yeni Zelandiyanı 2:0 hesabıyla məğlub edib. B qrupunda isə Afrika çempionu Kamerun Cənubi Amerika kubokunun son qalibi Çili ilə üz-üzə gəlib. Matçın sonlarında vurulan qollar çilili futbolçulara inamlı qələbə qazandırıb. Qrupun digər matçı sabah Avstraliya ilə Almaniya arasında baş tutacaq.

 

A qrupu

Portuqaliya - Meksika - 2:2
Kuaresma, 35. Soares, 86 - X.Hernandes, 42. Moreno, 90.

 

B qrupu

Kamerun - Çili - 0:2
Vidal, 82. Varqas, 90.

 

 

Tarix: 19 İyun 00:16    Oxunub: 119    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyun 2017
27 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.