Prosineçki AFFA-nı "satdı": "Məndən tez-tez soruşurlar ki…"

Robert Prosineçki hazırda Azərbaycanda deyil. Şimali İrlandiya ilə matçdan sonra AFFA-nın baş katibi Elxan Məmmədovla görüşən xorvatiyalı mütəxəssis vətəninə qayıdıb. O, dekabrın 4-dək millimizin sükanı arxasındadı - hər halda federasiya ilə danışıqları nəticə verməyib və məcburiyyətdən işini davam etdirməlidi. 


Prosineçki baş katiblə görüşdən sonra yaxın çevrəsinə AFFA-dan şikayətlənib. Balkanlı mütəxəssis "Mənim burda heç bir prespektivim yoxdu. Azərbaycan çempionatında oynatmağa 8 klubu güclə tapırlar, mənə isə dünya və Avropa çempionatlarının final mərhələsi ilə bağlı suallar verirlər.

 

Bir oyunu yaxşı keçirən kimi badəni yuxarı qaldırıb, "gün o gün olsun ki, oralarda olaq" deyirlər. Reallıq hissini itirmiş, illuziyalarla yaşayan insanları bu ətrafda tez-tez görürəm. Azərbaycanda futbolu inkişaf etdirmək məndən asılı deyil.

 

Hər il bir neçə klubun dağıldığı ölkənin millisi böyük uğur qazana bilməz! Epizodik uğurlar isə məni qane edə bilməz! Dünən iddialı olan klublar bu gün fəaliyyətini dayandırır, milliyə çağırmağa futbolçu tapmıram. Mən Bakıda ancaq vaxt itirirəm". 

 

SPORTİNFO.AZ

Tarix: 18 İyun 14:48    Oxunub: 1307    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.