Haciylə Boluda görüşən "İnter"in "sirli adam"ı kimdi? - FOTOLAR

Türkiyədə təlim-məşq toplanışında olan "İnter"in Boludakı hazırlıq prosesi başa çatdı. Premyer Liqanın bürünc medalçısı son yoxlama matçında "Viitorul"la qarşılaşdı. Bakılıların 2:1 qalib gəldiyi oyunla bağlı rəsmi saytda qısa məlumat verilib və şəkillər paylaşılıb.

 

Fotoların birində "İnter"lilərdər birinin Rumıniya klubunun baş məşqçisi Giorgi Haci ilə mehriban görüşməsi əks olunub. "Karpat Maradonası"nın gülə-gülə qarşıladığı həmin şəxs kimdi belə?


Sportinfo,az üçün o, artıq "mister x" deyil. Hacıylə isti ilişki quran həmin şəxs "İnter"ə yaxınlarda gətirilib, İlqar Məmmədovdu bu zat. Müşahidə Şurasının sədri Zaur Axundov tərəfindən. O, klubun birinci adamının "sağ əli"di. Axundov əsas komandayla bağlı məsələlərlə məşğul olmağı ona tapşırıb.

 

Tarix: 18 İyun 13:12    Oxunub: 731    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.